71
18:49
26 Yanvar 2015

Röya Tağıyevaya "Şöhrət" ordeni verildi

Prezident İlham Əliyev Röya Tağıyevaya "Şöhrət" ordeninin verilməsi ilə bağlı sərəncam imzalayıb. Lent.az -ın AzərTAc-a istinadən məlumatına görə, o, Azərbaycan dekorativ-tətbiqi sənətinin inkişafında xidmətlərinə görə bu mükafata layiq görülüb.

Qeyd edək ki, R. Tağıyeva Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin rəhbəri, sənətşünaslıq elmləri doktorudur.