43
10:54
23 Yanvar 2015

Manaf Ağayevin 100 minlik maşınını bu hala saldılar

Müğənni Manaf Ağayevin qiyməti təxminən 100 min manata yaxın olan avtomobilinin ön şüşəsi sındırılıb.

Lent.az -ın “ATVxəbər.az”a istinadən xəbərinə görə, ATV-nin"Səs verməyin" verilişinin qonağı olan müğənniyə tamaşaçılar sürpriz edib.

"Səs verməyin"nin tamaşaçıları müğənniyə səs verərək onun başına iş açıblar. Tamaşaçılar səs verdikləri üçün ATV-nin həyətindəki xüsusi qurğu ilə müğənnin avtomobilinə bir neçə zərbə endirilib. Nəticədə avtomobilin ön şüşəsi yarasız hala düşüb.

Xatırladaq ki,“Səs verməyin” verilişi həftənin cümə axşamı saat 22:30-da yayımlanır. Verilişin aparıcısı tanınmış aktrisa, əməkdar artist Dilarə Əliyevadır.