34
21:55
22 Yanvar 2015

Türkiyə yumurtası Rusiyaya Ukraynadan yan keçərək gedəcək

Rusiya Kənd Təsərrüfatına Dövlət Nəzarəti Xidməti (Rosselxoznadzor) yumurtanı Türkiyədən birbaşa ölkəyə ixrac etmək üçün türkiyəli tədarükçülərə “Novorossiysk”, “Tuapse”, “Qafqaz” və “Soçi” dəniz buraxılış məntəqələrindən istifadə etməyi təklif edib. APA -nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Ukrayna yanvarın 20-də öz ərazisi üzərindən Türkiyədən Rusiyaya yumurta tranzitinə qadağa qoyub.