28
12:22
22 Yanvar 2015

Gəlin-qayınata faciəsi ilə bağlı YENİ FAKTLAR - YENİLƏNİB

Şirvandakı dəhşətli qətllə bağlı yeni faktlar üzə çıxıb. Lent.az -ın vesti.az-a istinadən məlumatına görə, ilkin araşdırmalardan sonra məlum olub ki, 1965-ci il təvəllüdlü Kişiyev Araz oğlunun Sevinc Balakişiyeva ilə evlənməyinə qarşı olub. O, oğlu evdə olmayanda onların evinə gələrək 39 yaşlı gəlinini döyüb və onun başını kəsərək qətlə yetirib. Daha sonra isə 50 yaşlı kişi bıçaqla özünün boğazını kəsib. Cinayət aləti olan bıçaq hadisə yerindən tapılıb.

Faktla bağlı Şirvan rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

*****

11:13

Şirvan şəhərində dəhşətli qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Şirvan şəhərinin Rəsulzadə küçəsində tikintisi hələ başa çatmamış, amma yaşayış olan 15 saylı mənzildə Balakişiyeva Sevinc Məmməd qızı və onun qayınatası Kişiyev Araz Babayar oğlu başı kəsilmiş vəziyyətdə tapılıblar.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır.