27
21:52
21 Yanvar 2015

NATO-dan Rusiyaya növbəti ittiham

NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, alyans Donbasda Rusiyanın hərbi iştirakının artmasını müşayiət edir.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Stoltenberq qeyd edib ki, rus hərbçiləri separatçıların nəzarəti altında olan ərazilərdə daha çox zirehli texnika, artilleriya və digər silahlardan istifadə edirlər.

NATO-nun baş katibi növbəti dəfə rəsmi Moskvanı öz qüvvələrini Ukrayna ərazisindən çıxartmağa çağırıb. Rusiya hökumətinin rəsmisi Arkadiy Dvorkoviç adıçəkilən ittihamları rədd edib və ölkəsinin Ukraynanın daxili işlərinə qarışmadığını vurğulayıb.