46
19:41
21 Yanvar 2015

Polislərimiz ingilis dilini öyrənir

Bu il Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq çərçivəsində 500 polis əməkdaşı intensiv ingilis dili kurslarına cəlb olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA -ya verilən məlumata görə, bu gün Çevik Polis Alayında 2014-cü il ərzində görülən işlərin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində çıxış edən polis polkovniki Zaur Abdullayev bildirib ki, ingilis dili kurslarına cəlb olunan əməkdaşların yekun imtahanlarının nəticələri mütəxəssislər tərəfindən qənaətbəxş qiymətləndirilib:

“Bütövlükdə şəxsi heyətin xidməti hazırlığının artırılması, ekstremal şəraitdə adekvat qərar qəbul etmək bacarığına malik olması, fiziki qüvvənin, xüsusi vasitələrin qanunla müəyyən edilmiş hallarda tətbiqini mükəmməl bilməsi üçün lazımı işlər aparılıb”.