44
18:25
21 Yanvar 2015

Bakıda çayxanada faciə: domino oynadığı yerdə öldü

Bakıda çayxanaların birində ölüm hadisəsi baş verib. Lent.az -ın məlumatına görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən kiçik çayxanalardan birində 1951-ci il təvəllüdlü Qurbanov Şikar Rəcəb oğlu vəfat edib.

Bildirilir ki, 64 yaşlı kişi yoldaşları ilə çayxanada domino oynadığı zaman özünü pis hiss edib və yıxılıb. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Məlum olub ki, Ş.Qurbanov artıq dünyasını dəyişib.

İlkin ehtimala görə, 64 yaşlı kişi ürək tutmasından vəfat edib.