28
16:57
21 Yanvar 2015

AMEA-da struktur dəyişikliyi edilib



Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş tədbirlər planının icrasını təmin etmək məqsədilə təşkilat komitəsi yaradılıb. Lent.az -ın məlumatına görə, bu barədə AMEA-nın keçirilən iclasında qərar qəbul edilib.

Bundan başqa, akademiyanın strukturunda da dəyişiklik olunub. AMEA Rəyasət Heyətinin iclasında bu tələblərin yerinə yetirilməsi məqsədilə AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Elmi-təşkilat idarəsinin AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsi adlandırılması qərara alınıb. AMEA Rəyasət Heyəti Aparatı Elm və təhsil idarəsinin Elmi tədqiqatların təşkili şöbəsinin rəis müavini, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov İdarənin Təhsil şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Həmçinin, AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqova İdarənin əsasnaməsini hazırlayaraq Rəyasət Heyətinin müzakirəsinə təqdim etmək tapşırılıb.