43
10:55
21 Yanvar 2015

Bakıda daha bir yol bağlanır - XƏBƏRDARLIQ

Bakıda daha bir yol bağlanır. Lent.az -ın məlumatına görə, “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə bildirilib ki, bu gün saat 11:00-dan etibarən, Beton yolda (Gəncə prospektindən Hövsan dairəsinə kimi) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Buna səbəb yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsidir.