19
00:57
21 Yanvar 2015

Beyləqanda "Jiquli" yandı

Beyləqanda ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb. Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin mühərrikində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.