21
21:49
20 Yanvar 2015

Yaponiya Ukraynaya əlavə 300 mln dollar verdi

Yaponiya Ukraynaya 300 mln dollar həcmində əlavə iqtisadi yardım ayırıb. APA -nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə Kyodo xəbər agentliyi məlumat yayıb.

Bu məbləğin 16,6 mln dolları ölkənin şərq bölgələrinin bərpasına yönəldiləcək. Bu barədə Brüsseldə səfərdə olan Yaponiya XİN rəhbəri Fumio Kisida bildirib.

Bundan əvvəl Yaponiya Kiyevə 1,52 mlrd dollar həcmində yardım ayırdığını bəyan edib. Yaponiyanın baş naziri Sindzo Abe Ukraynaya maliyyə yardımının ayrıldığını sentyabrın 25-də BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.