31
14:22
20 Yanvar 2015

İraqın baş naziri: “Bağdadi yaralanıb”

“İŞİD” lideri Abu Bəkr Əl-Bağdadi İraqın şimal-qərbində yerləşən Əl-Qaim şəhərinin bombardmanı nəticəsində yaralanıb.

APA-nın ITAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu İraqın baş naziri Heydər Əl-Abadi deyib.

Baş nazirin sözlərinə görə, Əl-Bağdadi “xoşbəxtlik nəticəsində sağ ala bilib”.

Bununla yanaşı, H. Əl-Abadi bildirib ki, “İŞİD” lideri vaxtın əksər hissəsini Suriyada keçirir.