37
11:00
20 Yanvar 2015

Təhsilin 12 illik standartları müəyyənləşəcək - AZƏRBAYCANDA

Nazirlər Kabineti gələn il 12 illik ümumi təhsilin milli məzmun və qiymətləndirilmə standartlarını təsdiq edəcək.

APA -nın məlumatıma görə, bu, Azərbaycan prezidentiİlham Əliyevtərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda əksini tapıb.

Təhsil Nazirliyiisə 2016-2017-ci illərdə 12 illik ümumi təhsilin səviyyələri üzrə nümunəvi fənn kurikulumlarının hazırlanmasını, 2017-2021-ci illərdə 12 illik ümumi təhsilin nümunəvi kurikulumları üzrə təlimlərin təşkili və kurikulumların tətbiqini təmin etməlidir.