75
04:09
20 Yanvar 2015

Konqoda toqquşmalar: 4 ölü, 10 yaralı

Konqonun paytaxtı Kinşasada polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində 4 nəfər ölüb.

APA -nın France-Presse agentliyinə istinadən verdiyi xəbərə görə, polis prezident Jozef Kabilanın əleyhinə çıxış edən etirazçıları dağıtmaq üçün atəş açıb və gözyaşardıcı qazdan istifadə edib.

Hökumətin mətbuat katibi Lamber Mende 10 nümayişçinin xəstəxanaya yerləşdirildiyini bildirib. Bundan əvvəl Kinşasada polisin tələbə nümayişinə qarşı silah işlətməsi barədə məlumat yayılmışdı.