26
02:40
20 Yanvar 2015

Misirdə “quş qripi”ndən 5 nəfər öldü

Misirdə “quş qripi”ndən (H5N1) daha bir nəfər ölüb.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, ilin əvvəlindən ölkədə “quş qripi”ndən ölənlərin sayı 5 nəfərə çatıb.

Bu fakt Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) narahat edir. Qeyd olunur ki, əgər keçən il ərzində Misirdə virusa yoluxanlardan 11 nəfər vəfat etmişdisə, bu ilin ilk ayında ölənlərin sayı artıq 5-ə çatıb. Ölkədə “quş qripi”nə yoluxma hallarına əsasən kənd yerlərində rast gəlinir.