104
10:51
14 Yanvar 2015

Röya, Tünzalə və Miri Yusif elçi oldu

Azərbaycanın tanınmış incəsənət adamları bu yay Bakıda keçiriləcək Avropa Oyunlarının üçün “Ulduz Elçilər”i olacaq. Lent.az -ın məlumatına görə, bu barədə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin məlumat yayıb. Dünən Muğam Mərkəzində keçirilən tədbirdə televiziya və incəsənət dünyasından 13 nəfər ulduzun adı açıqlanıb. Siyahıda tanınmışlardan Tünzalə Ağayeva, Röya, Miri Yusif, Avroviziya mahnı yarışmasının qalibləri Eldar Qasımov və Nigar Camal, komediya aktyorlarından Bəhram Bağırzadə, Rafael və Coşqun, Tahir və Cabir İmanovlar, DJ Shock, aparıcılar Murad Dadaşov və İlkin Həsəninin adı var.

Onların hər biri konkret idman növünün təbliğatı ilə məşğul olacaq. Artıq tanınmışların hansı idman növü üzrə fəaliyyət göstərəcəi də məlum olub.