67
09:39
29 Dekabr 2014

Binəqədidə uşaq bağçalarında yeni il şənliyi

Binəqədi rayonunda bağça uşaqları üçün Yeni İl şənliyi təşkil olunub. Lent.az -ın məlumatına görə, Binəqədi qəsəbəsi Mərkəzi Mədəniyyət Evində gerçəkləşən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, RİH başçısı Aparatının məsul işçiləri, rayon bağçalarının uşaqları iştirak ediblər.
Tədbirdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı aktyor truppasının ifasında uşaqların böyük maraq və sevinclə qarşıladığı “Tıq-tıq xanımın nağılı” səhnələşdirilib. Tədbirin sonunda uşaqlara yeni il hədiyyələri təqdim edilib.