59
14:47
20 Dekabr 2014

Qurban Qurbanov "Xan" oldu

"Qarabağ" futbol komandasının rəsmi fanklubu olan "İmarət" ilin yekun tədbirini keçirib. APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edənlər "Qarabağ"ın Azərbaycan futbolunda yerindən, qazandığı uğurlardan, 23 ildən sonra bu il yenidən Azərbaycan çempionu olmasından danışıblar.

"Qarabağ"ın inkişafı, tanıdılması və uğurlarında rolu olan insanlar fanklub tərəfindən mükafatlandırılıb. Mükafatlandırılanlar arasında klubun baş məşqçisi Qurban Qurbanov da olub. Azarkeşlər Qurban Qurbanova xüsusi geyim hədiyyə edərək onu "XAN" elan ediblər.