40
07:45
12 Dekabr 2014

Yaxın vaxtlarda istifadəçilər parollardan imtina edə biləcək

“Google”, “Microsoft”, “PayPal” və “Samsung” kimi şirkətlərin daxil olduğu "FIDO” Alyansı adi parolsuz və ikifaktorlu autentifikasiya üçün standartların son versiyalarını dərc edib.

Bu texnologiyadan istifadə edən proqram və saytlar indi daha sadə və eyni zamanda etibarlı autentifikasiya üsullarından yararlana biləcək. Məsələn, sayta daxil olmaq üçün istifadəçi hansı qurğuda işləməsindən asılı olmayaraq barmaq izindən və ya “USB” açardan istifadə edə bilər.

Hazırda “FIDO” texnologiyasının köməyi ilə işi dəstəkləyən proqram və aparat həlləri çox azdır. Lakin standartın dəqiq spesifikasiyalarının son təsdiqi ilə 2015-ci ildə parolsuz autentifikasiya imkanlarının artacağı gözlənilir.

Bu, standartın “Bluetooth” və “NFC” protokolları ilə işləyə bilməyən ilk versiyasıdır.

Qeyd olunur ki, bu, başlanğıc mərhələdir və yaxın vaxtlarda daima beyində saxlanılan parolların sayını azaltmaq mümkün olacaq, - ictnews.az"Hi-News”a istinadən yazır.