71
18:24
11 Dekabr 2014

Binəqədidə anım tədbiri keçirilib

Binəqədidə Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Lent.az -ın məlumatına görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Rafael Cəbrayılov, Bakı şəhər Baş təhsil idarəsinin rəis müavini Hüseyn Əsgərov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayonun hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, gəncər, hərbi qulluqçular və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Anım mərasimində çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Hüseyn Əsgərov Heydər Əliyevin Azərbaycan üçün göstərdiyi xidmətlərdən danışmış, xüsusilə təhsilin inkişafına, gənc nəslin sağlam ruhda tərbiyə olunmasında atdığı addımlardan bəhs edib.

Tədbir millət vəkili Rafael Cəbrayılovun çıxışı ilə davam etmiş, o dövlət quruculuğu sahəsində ümummilli liderin reallaşdırdığı və uğurlu nəticələrindən bu gün də bəhrələndiyimiz işləri diqqətə çatdırıb.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında Heydər Əliyevin Azərbaycan qarşısında şərəfli missiyasını layiqincə yerinə yetirən lider kimi səciyyələndirib, bu dahi şəxsiyyətin zaman və məkan anlayışına sığmayaraq öz xalqının təkcə sevimlisinə yox, həm də idealına çevrildiyini bildirib.