85
17:09
03 Dekabr 2014

Binəqədidə əlil ailələrinə baş çəkilib

Beynəlxalq Əlillər günü Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yaşayan müxtəlif kateqoriyalı əlil ailələrinə baş çəkilib.

Lent.az -ın məlumatına görə, görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, RİH başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər. Görüş zamanı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva əlil ailələrinin evində olmuş və ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirildiyini və əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu bildirib.

A. Əliyeva əlil ailələrinin problemlərini dinləmiş və onlara Binəqədi Rayon İcra Hakimiyyətinin hədiyyə və yardım sovqatını təqdim edib.

Ümumillikdə, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Rayon ərazisində yaşayan 200-dən çox əlilə hədiyyə və yardım sovqatı verilib.