204
10:20
25 Noyabr 2014

Binəqədidə ağacəkmə aksiyası

28 may qəsəbəsində “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib. Lent.az -ın məlumatına görə, aksiya noyabrın 22-də Binəqədi rayonunda İDEA İctimai Birliyinin təşəbbüsü və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində baş tutub. Aksiyada Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyəti, fəal gənclər iştirak edib. Aksiyada dekorativ ağaclarla yanaşı, meyvə və ümumilikdə isə 750 ağac əkilib.