359
17:01
19 Noyabr 2014

Binəqədidə YAP-ın 22 illiyi qeyd edilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında partiyanın yaranmasının 22 illiyi qeyd edilib. Lent.az -ın məlumatına görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, millət vəkilləri Rafael Cəbrayılov, Madər Musayev, Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin rəis müavini Hüseyn Əsgərov, Baki Peadqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanması İnstitutunun rektoru, Binəqədi rayon Ziyalılar Cəmiyyətinin sədri Asəf Zamanov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və digər qonaqlar iştirak ediblər. Tədbirdən öncə qonaqlar Binəqədi rayonun Heydər Əliyev adına parkda ümumilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyublar. Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov hər kəsi Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci illiyi münasibətilə təbrik edib. Sədr Yeni Azərbaycan Partiyasının 22 il ərzində ümumxalq partiyasına çevrildiyini, bütün bu müddət ərzində Azərbaycanın inkişafı naminə çalışdığını bildirib. O, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun, 1994-cü ildən aparılan uğurlu neft strageyiasının bu gün prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, bu siyasətin nəticəsində hazırda ölkəmizin qüdrətli dövlətə çevrildiyini və Cənubi Qafqaz iqtisadiyyatının 75 faizinin məhz Azərbaycanın payına düşdüyünü qeyd edib.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov əlamətdar gün münasibətilə hər kəsi təbrik edib, partiyanın çətin dönəmlərdə yarandığını, həmin dövrdə Azərbaycanın gələcəyini düşünən 91 nəfər ziyalının Səs qəzetində ümumilli liderə müraciət etdiyini və bundan sonra Naxçıvanda 550 nəfər nümayəndənin iştirakı ilə 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirildiyini bildirib.

Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Yeni Azərbaycan Partiyasının yaranmasının 22 illiyi münasibətilə qonaqları təbrik edib və Yeni Azərbayan Partiyasının Azərbaycanın müasir siyasi tarixində mühüm rolundan danışıb.

Sonra Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının ictimai-siyasi həyatında fəal iştiraka görə bir qrup partiya fəalına Fəxri Fərmanlar ,Yeni Azərbaycan Partiyası sıralarına keçmiş bir qrup gəncə isə onların partiya biletləri təqdim edilib.

Daha sonra tədbir bədii hissə ilə davam edib.