289
14:02
18 Noyabr 2014

"Anamın kitabı" orta məktəb səhnəsində

Binəqədi rayonunda əlamətdar günlər qeyd olunub. Lent.az -ın məlumatına görə, 12 Noyabr - Azərbaycan Respublikası Konstitusiya günü münasibətilə Binəqədi rayonu 284 saylı tam orta məktəbdə Azərbaycan Akademik Milli Dram Teatrı kollektivinin ifasında Cəlil Məmmədquluzadənin “Anamın Kitabı” pyesi səhnələşdirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər.

17 Noyabr Milli Dirçəliş Günü münasibətilə İrəvan Dövlət Azərbaycan Dram Teatrı kollektivinin ifasında Rəşid Behbudov adına Mahnı Teatrında Əməkdar Mədəniyyət İşçisi, şair – dramaturq İftixar Priyev şeirləri əsasında “Qalx ayağa Azərbaycan” tamaşası səhnələşdirilib. Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatın şöbə müdirləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.