927
19:06
13 Sentyabr 2014

Prezident İlham Əliyev Binəqədi rayonunda 182 nömrəli məktəbin açılışında olub

Prezident İlham Əliyev sentyabrın 13-də Bakının Binəqədi rayonunda 182 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib.

APA-nın xəbərinə görə, dövlət başçısı məktəbin yeni binasının rəmzi açılışını bildirən lenti kəsib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib.

Dövlət başçısı məktəbin sinif otaqlarına, fənn kabinetlərinə baxdı, yaradılan şəraitlə yaxından tanış olub.