22:24
23 Noyabr 2009

Dünyanın ilk kosmonavtlarından biri vəfat etdi

Dünən axşam saatlarında ilk kosmonavtlardan biri, Sovet İttifaqı Qəhrəmanı Konstantin Feoktistov vəfat edib.

Lent.az -ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, 84 yaşlı kosmonavt uzun sürən xəstəlikdən sonra vəfat edib.

Konstantin Feoktistov hərbçi olmayan, eyni zamanda həm də SSRİ tarixində Kommunist Partiyasının üzvü olmayan, yeganə bitərəf kosmonavtdır.

O, 1964-cü ildə dünya tarixində ilk dəfə 3 nəfər heyət üzvündən ibarət kosmik gəmidə kosmosa uçub. Həm də bu heyət üzvləri kosmosa ilk dəfə skafandr geyinmədən uçublar.

Voronej şəhərində onun adına küçə və məktəb var.