527
03:14
16 İyul 2014

Krım tatarları qayıdış üzrə nazirlik yaradılmasını istəyir

Krımda Rusiyanın hakimiyyətinin legitimliyini tanımayan tatarlar rəsmi Kiyevi Ukraynanın tərkibində qayıdışla məşğul olacaq Krım məsələləri üzrə nazirlik yaratmağa çağırıblar.

Lent.az -ın “nyusru”-ya istinadən məlumatına görə, Krım Tatarları məclisinin sədri Refat Çubarov deyib ki, məsələ ilə bağlı Ukraynanın xarici işlər naziri Pavel Klimkinlə görüşüb. Onunla söhbət zamanı müsəlman dövlətləri ilə əməkdaşlığın gücləndirilməsini müzakirə etdiklərini bildirib.

Məclis sədri onu da xatırladıb ki, əgər Ukrayna hakimiyyəti 2005-ci ildə İslam Əməkdaşlıq Təşkilatına müşahidəçi kimi daxil olsa idi, indiki bir sıra problemləri həll edə bilərdi.