10:50
28 Yanvar 2009

Naxçıvanın Əliabad qəsəbəsində yeni obyektlər istifadəyə verilib

Naxçıvan Şəhər İcra Hakimiyyətindən Lent.az -a verilən məlumata görə Əliabad qəsəbəsində qəsəbə mərkəzi, uşaq bağçası və musiqi məktəbinin yeni binaları istifadəyə verilib.

Əliabad Qəsəbə Mərkəzi üçün tikilən bina ikimərtəbəlidir. Binanın birinci mərtəbəsində Əliabad bələdiyyəsi fəaliyyət göstərəcək. Mərkəzin ikinci mərtəbəsində icra nümayəndəliyi, qəsəbə mədəniyyət evi və YAP-ın ilk ərazi təşkilatı yerləşir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün 56 yerlik zal fəaliyyət göstərəcək.

İnzibati binanın zirzəmisində kitabxana, baytarlıq məntəqəsi və istilik sistemi qurulub. Binanın bir hissəsində isə polis sahə müvəkkili və rabitə evi fəaliyyət göstərəcək.
Açılışı olan digər binalar isə qəsəbədə fəaliyyət göstərəcək uşaq bağçası və musiqi məktəbidir.