796
10:30
23 Aprel 2014

Aygün Mustafa Ceceli ilə işbirliyinə başladı

Yaradıcılıq işləri ilə əlaqədar olaraq Türkiyəyə yola düşən xalq artisti Aygün Kazımovadan xəbər var. Lent.az -ın məlumatına görə, hazırda Türkiyədə olan A.Kazımova qardaş ölkənin ən tanınmış bəstəkar-müğənnisi o cümlədən aranjemançısı Mustafa Ceceli ilə görüşüb. Belə ki, xalq artisti ötən il ifa etdiyi “Azərbaycan” mahnısının aranjeman işlərini Mustafa Ceceliyə həvalə edib.

A.Kazımova yeni işi barədə bu sözləri söyləyib: “Doğma məmləkətimə həsr olunmuş “Azərbaycan” mahnımın yeni aranjemanının təsirindən çıxa bilmirəm. İnanıram ki, bu mahnının yeni versiyasını eşidənlər eyni hisləri yaşayacaqlar”.

Xatırladaq ki, mahnının sözləri Cəlal Qurbanova, musiqisi Hikmət Mirməmmədliyə məxsusdur.