533
04:57
07 Fevral 2014

“Xidmət-1646”-nın bir yaşı tamam oldu

Rayon icra hakimiyyətləri arasında ilk dəfə olaraq, Binəqdidə yaradılan “Sakinlərin Müraciət Xidməti-1646”-nın yaranmasının bir ili ilə bağlı hesabat açıqlanıb.

Rayon İcra Hakimiyyətindən Lent.az -a verilən məlumata görə, ötən ilin fevral ayının 6-dan fəaliyyətə başlayan xidmətin ən böyük və əsas üstünlüklərindən biri də hökumət orqanının hesabatlılığını və korrupsiyaya qarşı mübarizədə əhalinin rolunu artıraraq rayonun yerli struktur təşkilatlarının məsuliyyət hissini gücləndirməsi, mübahisələrin həllinə və əhalinin informasiya əldə etmək imkanlarının genişlənməsinə verdiyi töhfədir.

1646 nömrəsinə edilən bütün zənglər xidmətin səviyyəsinin ölçülməsi məqsədilə avtomatik rejimdə qeydə alınır və lent yazısında yaddaşda saxlanılır. Hər hansı mübahisəli məsələ meydana çıxdığı zaman həmin lent yazısına qulaq asmaq mümkündür. “Sakinlərin Müraciət Xidmətinin-1646” nömrəsinə stasionar telefonlardan edilən zənglər ödənişsizdir. Bu xidmətin fəaliyyətində operativlik, nəzakətlilik və məsuliyyət əsas yer tutur. Vətəndaşlara göstərilən xidmət proqram təminatı yüklənmiş informasiya texnoıogiyaları vasitəsilə reallaşdırılır, mübahisələrin həllini və əhalinin müvafiq informasiya əldə etməsini sürətləndirir.

Ötən bir il ərzində vətəndaşlar tərəfindən Sakinlərin Müraciət Xidmətinə 21746 müraciət daxil olmuşdur ki, bu müraciətlərin 17224-ü birbaşa cavablandırılıb, 4499 müraciət üzrə şikayət vərəqəsi qeydiyyata alınıb, bunun 4416-sı və ya 98.2 %-nin icrası təmin edilib, o cümlədən 3609 və ya 81.7 %-i tam həll olunub, 45 və ya 1,1 %-i qismən həll edilmiş, 762 şikayət və ya 17.2 %-nə müvafiq izahat verilərək həll edilib.

Sakinlərin Müraciət Xidmətinə daxil olmuş birbaşa cavablandırılmış müraciətlərin ümumi təhlili göstərir ki, onların əksəriyyəti məlumatlandırma və maarifləndirici xarakter daşıyıb. Vətəndaşların şikayət xarakterli müraciətlərinin təhlilinə gəldikdə isə onların 1285-i və ya 28,8 %-i su-kanalizasiya, 900-ü və ya 20,0 %-i qaz təchizatı, 491-i və ya 13 %-i istilik təchizatı, 377-i və ya 8,3 %-i lift problemləri, 302-i və ya 6.7 %-i elektrik təchizatı, 202-si və ya 4.4 %-i yolların yararsız olması, 177-i və ya 3.9 %-i zibil və tullantılar ilə əlaqədar, 589-u və ya 14,9 %-i isə sakinləri narahat edən digər məsələlərlə əlaqədar olub. Azərbaycanda internet xidmətlərinin yayılma səviyyəsi cəmiyyətin həyatına dərindən nüfuz etdiyini və ölkə əhalisinin 70%-dən çoxunun internet istifadəçisi olduğunu nəzərə alaraq xidmətin elektron saytı da yaradılmışdır. Sayt 7 əsas menyudan ibarətdir. Saytdan istifadəçilər xidmət haqqında – xidmətin yaranma tarixi, fəaliyyət istiqamətləri və prinsipləri barədə tanış olacaq, eyni zamanda sayt vasitəsilə rayon ərazisində komunal xidmətlərin verilməsində baş verəcək fasilələr barədə əvvəlcədən məlumatların verilməsi və şikayətlərin onlayn göndərilməsi imkanı yaradılmışdır.

Bununla yanaşı Sakinlərin Müraciət Xidmətinə daxil olmuş müraciətlərin ərazi üzrə təhlilinə gədikdə isə 1saylı nümayəndəlik üzrə (7 və 8-ci mikrorayonlar) 1492, Biləcəri qəsəbəsi üzrə 626, Binəqədi qəsəbəsi üzrə 556, 2 saylı nümayəndəlik üzrə 555, Rəsulzadə qəsəbəsi üzrə 447, Xocəsən qəsəbəsi üzrə 259, 28 may qəsəbəsi üzrə isə 14 şikayət xarakterli müraciət qeydiyyata alınıb.