1586
01:19
31 Dekabr 2013

2013-cü ildən yadda qalanlar-SİYAHI

Başa çatmaqda olan 2013-ci il Azərbaycanın həyatında baş verən bir sıra yaddaqalan hadisələrlə zəngin olub.

APA TV bu ilin yaddaqalan bəzi hadisələrini təqdim edir.

2013-cü ilin ilk ayında Azərbaycanda Vətəndaşlara Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyininin ilk “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb. İl ərzidə Bakıda 3, Sumqayıt, Gəncə şəhərlərində yeni xidmətlər açılıb.

Ağ Evin rəsmi saytında Dağlıq Qarabağ münaqişəsinin və Azərbaycan torpaqlarının 20 faizinin işğalına diqqət yetirilməsinə və Xocalı faciəsinin tanınması ilə bağlı diqqət yönəltmək məqsədi ilə yerləşdirilən petisiyada 100 mindən çox səs toplanıb.

Yola saldığımız ildə Azərbaycan Telekomonikasiya sahəsində ciddi uğura imza atıb. Fevralın 8-də Fransız Qvianasında yerləşən Kuru kosmodromundan Azərbaycanın ilk peyki "Azərispace" orbitə buraxılıb.

2013-cü iıin aprelin 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas alim Xalidə Xalid Təbrizdə həbs edilib, mayın 28-də onun azadlığa buraxılmasına nail olunub.

Mayın 29-da isə internet televiziyaları arasında ölkədə ilk dəfə xəbər formatlı APA TV fəaliyyətə başlayıb.

İyunun 26-da Bakıda hərbi parad keçirilib. Preizndet İlham Əliyevin iştirak etdiyi paradda 6 min şəxsi heyət, 400-ə qədər hərbi texnika, Azərbaycanda istehsal olunmuş 60-a yaxın silah, 14 yerli istehsal olan texnika, 22 təyyarə çoxlu sayda helikopter, hərbi gəmilər nümayiş olunub.

Milli Mətbuatın 138 illiyi münasibətilə jurnalistlər üçün tikilmiş bina istifadəyə verilib, 156 jurnalist həmin binada evlə təmin olunub.

Bu il Bakı Dövlət Universitetinin və Dövlət Neft Akademiyasının yataqxanasında məskunlaşan, həmçinin Həmzə Babaşov küçəsindəki yarımçıq binada yaşayan məcburi köçkünlər Müşfiqabad və Masazır qəsəbələrində salınan yeni evlərə köçürülüb.

Avqustun 13-də i Rusiya preizdenti Vladimir Putin Azərbaycana səfər edib.

Oktyabrın 9-da dünyanın diqqəti Azərbaycana yönəlib. Azərbaycanda keçirilən növbəti prezident seçkilərində İlham Əliyev 84,55 % səslə üçüncü dəfə ölkə prezidenti seçilib. Oktyabrın 19-da prezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib.

Oktyabrın 22-də prezident İlham Əliyev yeni kabinetin tərkibini təsdiqləyib. Səfər Əbiyev və Füzuli Ələkbərov yeni hökumətdə yer almayıb. Azərbaycanın yeni müdafiə naziri Zakir Həsənov, əmək və əhalinin sosial müdafiəsi naziri isə Səlim Müslümov olub. Bu il həmçinin təhsil naziri Misir Mərdanov da vəzifəsindən azad edilib.

Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı, Azərbaycanda Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu təşkil edilib.

Noyabrın 19-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti görüş keçirilib.

Dekabrın 17-də Bakıda “Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanması mərasimi keçirildi. Mərasim çərçivəsində “Cənubi qaz dəhlizi” barədə anlaşma memorandumu da imzalanıb.