5795
18:29
28 Dekabr 2013

Bakıda 46 yaşlı kişi özünü yandırmağa cəhd edib

Bu gün Bakıda 46 yaşlı kişi özünü yandırıb. Hadisə şahidlərinin Lent.az -a verdiyi məlumata görə, Suraxanı rayonu ərazisində, metronun “Xalqlar dostluğu” stansiyasından Günəşliyə gedən yolun üzərində, “İnterpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında 40-50 yaşlı kişi üstünə benzin tökərək özünü yandırıb.

Lent.az -ın əldə etdiyi məlumata görə, intihara cəhd edən şəxs 1967-ci il təvəllüdlü Ələkbərov Arzu Sultan oğludur. O 5 saylı şəhər xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır.

Qeyd edək ki, 3 gün əvvəl Bakının mərkəzində Qarabağ əlili də özünü yandırmışdı.