1515
13:47
24 Dekabr 2013

Aygün Kazımova: “Sükutumu bu layihəmlə pozuram”

Türkiyədən Bakıya yenicə dönmüş Xalq artisti Aygün Kazımova təqdim edəcəyi yeni layihəsindən söz açıb. Lent.az -a açıqlama verən müğənni yeni “Azərbaycan bayrağı” adlı mahnısından və yeni layihələrindən danış;b: “Mən sükutumu bu layihəmlə pozuram. Mənim üçün çox məsuliyyətli, çox vacib, çox önəmli bir layihəni həyat keçirdim. Bir tərəfdən də məni kövrəldən “Azərbaycan bayrağı” adlı klipimi təqdim etdim. Mahnının musiqisi Tural Bayraməliyevə, sözləri Zərifə Quliyevaya aiddir. Mahnının aranjemanını Mert Eli İçeli həyata keçirib. Klipin rəhbəri və montajı son kliplərimi çəkən şirkətdə montaj olunub. Bu klipi “kliplərimin gözü” adlandırardım. Mahnımın adı “Azərbaycan bayrağı” adlandığı üçün təbii ki, klip də vətənimdə çəkilib. Klipdə arxiv materiallarından istifadə olunub. Elə buna görə də Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm. Mənim üçün çox özəl və toxunulmaz olan bu layihə üçün, klipin ərsəyə gəlməsində mənə ən böyük dəstəyi göstərən Elçin Muradova dərin təşəkkürümü bildirirəm. Dəstəyinə görə minnətdaram”.