706
23:31
18 Dekabr 2013

İKT ili çərçivəsində göstərilən təssərrüfat xidmətlərinə yekun baxışı olub

Binəqədi İcra Hakimiyyətinin binasında İKT ili çərçivəsində rayonda görülmüş işlərin təqdimatı keçirilib.

Lent.az -a RİH-dən verilən məlumata görə, tədbirdə rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, deputatlar Madər Musayev, Rafael Cəbrayılov, vergilər nazirinin müşaviri Akif Musayev, Nazirliyin məsul işçisi Elçin Məmmədov, Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşı Ramiz Quliyev, RİH başçısının müavinləri, RİH başçısı aparatının məsul işçiləri, rayon icra strukturlarının, eləcə də hüquq mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Binəqədi RİH-in İKT sahəsində strategiyası və onun əsas prinsipləri barədə ətraflı məlumat verilib. Binəqədi RİH-in Sakinlərin Müraciəti Xidmətinin rəisi Anar Səfərovun təqdimatında “1646 xidməti” və yeni yaradılmış internet səhifəsi barədə məlumat verib.

Binəqədi RİH başçısı Aparatının rayon təsərrüfatı şöbəsinin müdiri Ədalət Rəcəbov “Operativ məlumatlar” alt modulu, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya Əliyev “Statistik hesabatlar” alt modulu, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov isə “Ev təsərrüfatları” alt modulu haqqında tədbir iştirakçılarına məlumat verdilər. “Elektron xidmətlər” (elektron arayışlar) bölümü isə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanovun təqdimatında qonaqların diqqətinə çatdırılb. Tədbirdə Vergilər Nazirinin müşaviri A.Musayev və millət vəkili R.Cəbrayılov da çıxış edərək, Rayon İcra Hakimiyyətində “İnformasiya-Kommunikasiya Texnologiyaları ili” sahəsində görülmüş işləri yüksək qiymətləndiriblər.