1297
00:25
05 Dekabr 2013

Bakıda yeni park salınır

Bakının Binəqədi rayonu Sulutəpə qəsəbəsində yeni boyük park salınır. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, parkda 54 800 m3 torpaq işləri görülüb, 2 ədəd hər biri 100 m3 tutumu olan su anbarları inşa olunub, ümumi suvarma şəbəkəsi quraşdırılıb.

14 000 kv metr çəmən otu əkilib, diametri 300 mm olan 200 metr uzunluqda kanalizasiya xəttinin yeri dəyişdirilib, 1750 kv metr tamet daşı, 1200 metr bardür düzülüb, 300-ə yaxın dekorativ ağac və kol əkilib. Parkda əhalinin asudə vaxtının səmərəliliyinin təmin edilməsi məqsədilə oturacaqlar, uşaqlar üçün müxtəlif attraksionlar, yelləncəklər və digər idman və oyuncaq elementləri quraşdırılıb. Yeni salının park ekoloji mühitin qorunmasına xidmət edəcək. Hazırda da Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən parkın ərazisi Bakı-Şamaxı magistral yolu istiqamətində genişləndirilərək abadlaşdırma və yenidənqurma işləri aparılır, yeni yaşıllıq və rekreasiya əraziləri salınır. Paralel olaraq magistral yol boyu Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində yolkənarı hasarlar müasir üzlük daşlarla üzlənir, kiçik memarlıq formalardan istifadə edilməklə landşaft elementlərindən ibarət kompozisiyalar yaradılır. Xocasən qəsəbəsi ərazisində qəsəbədaxili yolların əsaslı təmiri və genişləndirilməsi istiqamətində müvafiq işlər davam etdirilir.