18:21
22 Dekabr 2008

Həyat yoldaşını terrorla hədələyən şəxsə 5 illik həbs cəzası

Lent.az -ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə E. Məmmədov Cinayət Məcəlləsinin terror hadisəsi barədə yalandan məlumat vermə maddəsi ilə təqsirli bilinərək, 5 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, E. Məmmədov keçmiş həyat yoldaşı, jurnalist Mətanət Ağamirova ilə mübahisə edib. Daha sonra E. Məmmədov M. Ağamirovaya zəng edərək, avtomobilində partlayıcı qurğu olduğunu deyib.

Şəhriyar ƏLİZADƏ

Dİgər xəbərlər