545
17:16
10 Oktyabr 2013

Yeniyetmələrimiz qalib gəldi

Sentyabrın 27-dən oktyabrın 8-dək Çernoqoriyanın Budva şəhərində şahmat üzrə yeniyetmələrin Avropa çempionatı keçirilib. Bu barədə Lent.az -a Təhsil Nazirliyindən məlumat verilib.

8 yaşadək şahmatçılar qrupunda ölkəmizi təmsil edən Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri Aydın Süleymanlı qızıl medal qazanaraq I yerə, Sənan Əliyev isə bürünc medalla III yerə layiq görülüb.

14 yaşlı şahmatçılar qrupunda 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama Məktəbinin yetirməsi Günay Məmmədzadə də yüksək nəticə göstərib. Belə ki, G. Məmmədzadə qızıl medal qazanmaqla I yerin sahibi olub.