15:17
18 Dekabr 2008

“Real” Kriştianu Ronaldunun transferini reallaşdırdı

Lent.az -ın “El Mundo” qəzetinə istinadən məlumatına görə, Avropanın ən yaxşı oyunçusu seçilən K.Ronaldu “kral klubu”na 2008-2009 mövsümü başa çatdıqdan sonra keçəcək.

Anlaşmanın əldə olunduğu barədə xəbəri “Real”ın direktorlar şurasının üzvü Pedro Trapote verib. Lakin o, transferin məbləğini açıqlamaqdan imtina edib.

Qeyd edək ki, “Real” hələ bu yay 25 yaşlı futbolçunu almaq istəyirdi. Lakin madridlilərin 80 milyon avroluq təklifinə «qırmızı şeytanlar»dan rədd cavabı gəlmişdi.

Dİgər xəbərlər