1308
12:28
17 Sentyabr 2013

Bakılıların işi bir az da “ASAN” laşdı

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı olub. Lent.az -ın məlumatına görə, dövlət başçısı İlham Əliyev mərkəzin açılışında iştirak edib.

Dövlət başçısı mərkəzin fəaliyyəti ilə tanış olub. Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov məlumat verib ki, Bakının Yasamal, Səbail və Qaradağ rayonlarının əhalisinə xidmət göstərəcək mərkəzdə vətəndaşların qəbulu elektron növbə əsasında həyata keçiriləcək. Bunun üçün ən müasir avadanlıq quraşdırılıb.

Diqqətə çatdırılıb ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlər göstərməsində vətəndaşların razı salınmasının, şəffaflığın təmin edilməsinin, korrupsiya hallarının istisna olunmasının, müasir texnologiyaların, “bir qapı” prinsipinin tətbiqinin, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.
Azərbaycan Prezidentinə “ASAN imza” sertifikatı və “ASAN imza” Sim kartı təqdim edilib.
Dövlətimizin başçısı mərkəzdə yaradılmış şəraitdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verib.