2540
15:53
14 Fevral 2013

Məşhur idmançı Sevgililər günündə sevgilisini öldürdü

Cənubi Afrika Respublikasından (CAR) olan əlil idmançı Oskar Pistorius həbs olunub. Lent.az -ın məlumatına görə, Pistorius sevgilisini öldürüb. Lent.az -ın “Talk Radio”ya istinadən verdiyi məlumata görə, ünlü atlet 14 fevral Sevgililər günü ərəfəsində sevgilisini öldürüb.

Hadisə Pistoriusun Pretoriya şəhərindəki evində baş verib. İdmançı sevgilisini başından və qolundan vuraraq öldürüb. Onun qadını oğru zənn edərək, qətlə yetirdiyi də güman olunur. Əlil atletin mənzilindən silah tapılıb. Polis adı açıqlanmayan qadının evdən meyitinin tapıldığını söyləsə də, hadisənin təfərrüatlarını açıqlamayıb.

Qeyd edək ki, Oskar Pistorius diz sümüyü olmadan dünyaya gəlib. Pistorius protez ayaqların köməyi ilə qaçır. O, 2012-ci ildə həm Yay Olimpiya, həm də Paralimpiya Oyunlarında çıxış edib. İdmançı olimpiadada 400 metr məsafəyə qaçışda yarımfinaladək irəliləyib.