3203
14:03
07 Fevral 2013

“Asan xidmət”dən paytaxt sakinlərinə şad xəbər

2 saylı Bakı "ASAN xidmət" mərkəzi yaxın vaxtlarda fəaliyyətə başlayacaq. Bu barədə Lent.az -a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bununla da paytaxtda fəaliyyət göstərəcək xidmət mərkəzlərinin sayı ikiyə çatdırılacaq.

Xatırladaq ki, 1 saylı “Asan xidmət” mərkəzi yanvarın 15-dən etibarən fəaliyyətə başlayıb. Mərkəz Bakı şəhərinin Nəsimi və Nərimanov rayonlarının sakinləri olan vətəndaşlara xidmət göstərir.

Qeyd edək ki, gələcəkdə “ASAN xidmət” mərkəzləri regionlarda da yaradılacaq.