6364
14:36
08 Yanvar 2013

Azərbaycanın keçmiş polis komandiri axtarışa verilib

Azərbaycan daxili işlər orqanının sabiq əməkdaşı “İnterpol” vasitəsilə beynəlxalq axtarışa verilib. Lent.az -ın məlumatına görə, hazırda ölkədən kənarda olan Tural Məhərrəmov saxtakarlıqda günahlandırılır.

Qeyd edək ki, 1982-ci ildə Yevlax şəhərində anadan olmuş T.Məhərrəmovİsveçin paytaxtı Stokholmda yaşayır. O, Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Tovuz, Şəki və Yevlax rayon polis şöbələrində çalışıb, o cümlədənŞəki şəhər-rayon polis şöbəsinin Post Patrul Xidmətinin (PPX) komandiri olub.