1312
12:06
30 Dekabr 2012

“ASAN xidmət” hələlik Bakının iki rayonunu əhatə edəcək

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində “ASAN xidmət” mərkəzləri pilot layihə olduğu üçün ilkin mərhələdə Bakının yalnız Nəsimi və Nərimanov rayonlarının sakinlərinə xidmət göstərəcək.

Lent.az -ın məlumatına görə, bunu agentliyin sədri İnam Kərimov keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bir neçə aydan sonra işlər daha da təkmilləşdiriləcək və digər rayonlarda bu xidmətləri göstərmək mümkün olacaq. Onun sözlərinə görə, gələn ilin iyun ayına kimi Bakı şəhərinin bütün rayonları, Gəncə və Sumqayıt şəhərinin sakinləri də bu xidmətdən yararlana biləcəklər. İ.Kərimov qeyd edib ki, yaxın gələcəkdə isə qeydiyyat yerindən asılı olmayaraq, bütün respublika üzrə vətəndaşlara bu xidmət göstəriləcək.