2885
10:00
16 Dekabr 2012

Qəhrəmanlar Unudulmur – Milli Qəhrəman Salatın Əsgərova

Qarabağ Azadlıq Təşkilatı və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuş Milli Qəhrəmanların cəmiyyətə bir daha təqdim olunması üçün təşəbbüs irəli sürüb.

Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.

Qəhrəmanlar unudulmur!

16 dekabr Milli Qəhrəman Salatın Əsgərovanın doğum günüdür. Salatın Əziz qızı Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda anadan olub. O, “Molodoy Azerbaydyana” qəzetinin əməkdaşı kimi müharibənin ilk günlərindən hərbi mövzuda yazılar yazıb, tez-tez cəbhənin qaynar nöqtələrində olub, heç nədən qorxmadan dəfələrlə erməni kəndlərinə gedib, onları yanlış yoldan geri çağırmağa çalışıb. 1991-ci il yanvarın 9-da Şuşanın Qaladərəsi kəndi yaxınlığında ermənilərin pusqusuna düşüb və qətlə yetirilib. 1992-ci il noyabrın 6-da Milli Qəhrəman adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakı şəhərində küçələrdən biri, Bakı buxtasındakı gəzinti kateri onun adını daşıyır. “Təfəkkür” Universitetində büstü qoyulub, yaşadığı binaya xatirə lövhəsi vurulub.

Şuşanın kəndlərindən birinə onun adı verilib.