6701
15:42
27 Noyabr 2012

AzTV-nin əfsanəvi diktoru vəfat edib – FOTO

Bu gün Azərbaycan Televiziyasının ilk diktorlarından olmuş Sabir Axundov vəfat edib. Lent.az -ın məlumatına görə, bir vaxtlar Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dərs demiş Azərbaycan Radio və Televiziyasının veteran diktoru Sabir Axundov bu səhər 88 yaşında dünyasını dəyişib.

S.Axundov son vaxtlar televiziya eksperti kimi fəaliyyət göstərirmiş.

Qeyd edək ki, S. Axundov Moskva Dövlət Universitetinin Türkologiya fakultəsini bitirib.

Allah rəhmət eləsin!

Nizam RZA