2572
08:51
17 Sentyabr 2012

Azərbaycan Premyer Liqası: “Qarabağ”a ağır zərbə, Qurban Qurbanov istefa verə bilər

Lent.az -ın məlumatına görə, sonuncu oyun günündə keçirilmiş AZAL – “Qarabağ” matçında 8 qol qeydə alınıb.

“AZAL Arena”da keçirilmiş görüşdə meydan sahibləri 6:2 hesabı ilə qalib gələrək, liderliyi ələ keçiriblər. Qollardan 4-ünü yeni transfer Junior Nildo vurub. AZAL-ın digər qolları da legionerlər Branislav Arsenyeviç və Zohair Benuahinin aktivinə yazılıb. “Qarabağ” 0:6 hesabı ilə geri düşdükdən sonra Riçard Almeydanın “dubl”u sayəsində fərqi nisbətən azalda bilib. Ağır məğlubiyyətdən sonra “taxt”dan düşən Ağdam komandası 3-cü pilləyə enib.

Qurban Qurbanov (“Qarabağ” klubunun baş məşqçisi): “AZAL-ı təbrik edirəm. Vaqif müəllim gözəl komanda hazırlaya bilib. Həqiqətən də liderliyə yaraşan komandadır. Bu gün meydançada bir komanda oynayırdı. Bu oyun mənə çox ağır gəldi. Mənə ağır zərbə oldu. Nildo çox gözəl hücumçudur. Komandadan getmək barədə rəhbərliklə danışacağam. Rəhbərlik çox güvənir mənə. Komandada bir dəyişiklik etmək lazımdır. Gələcəyin komandasını formalaşdırmaq istəyirik. Hazırki futbolçularla bağlı problemlərimiz var. Rəhbərliklə bu barədə danışacağam. Azarkeşlərimizə təşəkkür edirəm ki, nəticəyə baxmayaraq sona qədər dəstək oldular”.

Vaqif Sadıqov (AZAL klubunun baş məşqçisi): "AZAL azarkeşlərini qələbə münasibəti ilə təbrik edirəm. Bu gün əlimizə düşən imkanlardan maksimum yararlandıq. Ən baxımlı futbol oynayan komandalardan olan "Qarabağ"a qarşı çıxış etdik. "Qarabağ"ı təhlil edib zəif yerlərini müəyyənləşdirmişdik. Heç kim bu hesabı gözləmirdi. Hesab edirəm ki, Qurban Qurbanov tələsik addım atmamalıdır. "Qarabağ" bu çempionatda öz sözünü deyəcək. Milli komandanın səviyyəsi qat-qat artıb. Bu gün gördük ki, "Qarabağ"da da bizdə də millinin oyunçuları ehtiyyatda qalır. Bu rəqabətdən irəli gəlir".


16 sentyabr (bazar)

18:30. AZAL (Bakı) – “Qarabağ” (Ağdam) – 6:2
Qollar:
Branislav Arsenyeviç, 13. Junior Nildo, 19; 49; 59; 77. Zohair Benuahi, 43-penalti ilə - Riçard Almeyda, 81; 87

15 sentyabr (şənbə)

“Kəpəz” (Gəncə) - “Qəbələ” – 1:0
Qollar:
Bəxtiyar Soltanov, 41

“Neftçi” (Bakı) – “Xəzər Lənkəran” – 2:1
Qollar:
Nikolas Kanales, 17. Flavinyo, 74 – Sadio Tounkara, 8

“İnter” (Bakı) – “Sumqayıt” – 1:0
Qol:
Cako Arafat, 6

“Rəvan” (Bakı) – “Simurq” (Zaqatala) – 0:2
Qollar:
Mario Bojiç, 70. Martsin Burhardt, 76

14 sentyabr (şənbə)

“Bakı” – “Turan” (Tovuz) – 1:1
Qollar:
İbrahim Karqbo, 39 – Ender Günlü, 48

Xal durumu:

1. AZAL – 10 xal (4 oyuna)
2. “Simurq” – 8 (4)
3. “Qarabağ” – 8
4. “İnter” – 8
5. “Qəbələ” – 7
6. “Neftçi” – 6 (3)
7. “Bakı” – 6 (4)
8. “Xəzər Lənkəran” – 5 (4)
9. “Sumqayıt” – 4
10. “Turan” – 4
11. “Rəvan” – 3
12. “Kəpəz” – 3

Bombardirlər: Franko Nildo (AZAL) – 7, Zohair Benouahi (AZAL), Riçard Almeyda (“Qarabağ”) – hərəyə 4 qol.