Sizin link burada

İstanbulda azərbaycanlı rəssamın sərgisi açılıb

Azərbaycanın İstanbuldakı baş konsulluğu və Türkiyə Böyük Millət Məclisinin Milli Saraylar Müdirliyinin təşkilatçılığı ilə Dolmabaxça İncəsənət Qalereyasında azərbaycanlı rəssam Məryəm Ələkbərlinin “Rənglərin rəqsi” sərgisi açılıb.
Lent.az-ın “Azərtac”-a istinadən məlumatına görə, fırça ustasının qrafika, batika və başqa janrlara aid işlərinin nümayişi üç gün davam edəcək. Sərgidə İstanbul sakinlərinə və şəhərin qonaqlarına M.Ələkbərlinin 40 rəsm əsəri və onlar haqqında məlumatların yer aldığı kitab da təqdim edilib.

Türkiyə parlamentinin üzvləri, hər iki ölkənin iş adamları və ziyalıları rəssamın tabloları ilə tanış olublar.

Çıxışlarda bildirilib ki, 21 yaşlı rəssam nadir istedad və potensiala malikdir. Parisdəki Dekorativ Sənət İnstitutunda təhsilini davam etdirən Məryəm Ələkbərlinin sərgiləri UNESCO-da, Parisdə, Moskvada və Berlində təşkil edilib. Məşhur fransız sənətşünası Tierri Dufrenin “İşıq rəssamı” adlandırdığı gənc istedad tablolarını iki albomda toplayıb.

Məryəm Ələkbərlinin sərgisi Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə paytaxt Ankarada da keçiriləcəkdir.

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>