ALBALI PLUS – ARZULARI REALLAŞDIRAN KART!
Biznes Dostu 14% - 500,000 AZN qədər

Şəhid Ülvi Bünyadzadə ADU-da anıldı - FOTO

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) 20 yanvar şəhidi Ülvi Bünyadzadənin doğum günü ilə əlaqədar tədbir keçirilib. Lent.az-ın universitetin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, öncə bir qrup tədbir iştirakçısı Şəhidlər Xiyabanında Ülvi Bünyadzadənin məzarını ziyarət ediblər.

Universitetdə yerləşən Ü.Bünyadzadə muzey-lektoriyasının qarşısında keçirilən tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev açıb: “O, 21 yaşında şəhid olan vətənpərvər bir insandır. Azərbaycanın müstəqilliyi məhz Ülvi kimi Vətənini sevən insanların qanı bahasına qazanılıb”.

Ə.Əliyev Ülvini gələcəyin məşhur şairi, rəssamı, alimi ola biləcəyini deyib: “Biz hər il rektorumuzun göstərişi ilə Ülvinin xatirəsini yad edirik. Onun oxuduğu ali məktəbdə (ADU-da) əbədiləşdirmək üçün, onun təbliği üçün muzey-lektoriyanın yaratmışıq”.

Sonra Bakıdakı 164 saylı məktəbin şagirdləri Ü.Bünyadzadənin şeirlərindən parçalar səsləndiriblər.

ADU-nun məzunu Könül Yaqubova hər şeydən əvvəl Ülvini dünyaya gətirənlərə, ona dərs deyən müəllimlərə təşəkkür etməyin vacibliyini bildirdi: “O, Vətənin şəhid dediyi övladdır. 1990-cı ilin qanlı yanvarında məsuliyyəti dərk edərək canından artıq sevdiyi Vətənini qorumaq üçün tank üzərinə yeriməklə Ülvi ölümsüzlük zirvəsinə qalxdı”.

Tədbir iştirakçıları daha sonra şəhidlər haqqında qısa sənədli filmə tamaşa ediblər.

Sonda Ələddin Əliyev Ülvinin atasının üzrlü səbəbdən tədbirdə iştirak etmədiyini deyərək onun adından oğlunun xatirəsini əziz tutduqlarına görə universitet rəhbərliyinə, müəllim-tələbə kollektivinə təşəkkürünü bildirib.

Yazar

Lent.az

Oxunub

1044 dəfə

Tarix

23.09.2011 / 13:23

Xəbər lenti



18 Sentyabr 2014

17 Sentyabr 2014

Online: 807