BAYRAM GÜNLƏRİNDƏ UNİBANK-la OLMAĞIN 3 SƏBƏBİ
AİLƏ KREDİTİ 18%- 50,000 AZN qədər

Abituriyentin elektron ixtisas seçimi ərizəsi TQDK-nın saytında yerləşdirildi

Ərizənin doldurulma qaydaları da açıqlanıb

“Abituriyentin elektron ixtisas seçimi ərizəsi” artıq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) rəsmi saytında yerləşdirilib. Lent.az-ın verdiyi məlumata görə, TQDK ixtisas seçimi mərhələsində
“Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydasını da açıqlayıb.

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil etməlidirlər. İxtisas seçmək hüququna yalnız test imtahanında iştirak etmiş və imtahan nəticələri müsabiqə şərtlərini tam ödəyən abituriyentlər malikdirlər.


“Abituriyentin elektron ixtisas seçimi ərizəsi” ilə işləmək üçün abituriyent:
- Məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə 1000-9999 intervalında olan ixtiyari 4 rəqəmli parol müəyyənləşdirir. Bu parol abituriyentin öz elektron ixtisas seçimi ərizəsinə hər dəfə daxil olub işləmək istədiyi halda proqram tərəfindən soruşulacaq. Abituriyent parolunu unutmamalı və məxfi saxlamalıdır.
- www.tqdk.gov.az internet saytında yerləşdirilmiş ixtisas seçiminə aid linkə (və ya www.tqdk.gov.az/ali2011/pageparol.aspx internet ünvanına) daxil olur.
- Açılmış səhifədə müvafiq sahələrə iş nömrəsini və şifrini daxil edib "Daxil ol" düyməsini basır.
- İş nömrəsi və şifr düzgün daxil edildiyi halda ekranda “Parolunuzu daxil edin” və “Parolunuzu təkrar daxil edin” sahələri açılır. Abituriyent bu sahələrə 4 rəqəmli parolu daxil edir və “Növbəti” düyməsini basır. “Növbəti” düyməsi basıldıqdan sonra abituriyentin iş nömrəsi, soyadı, adı, atasının adı, bölməsi, ixtisas qrupu, imtahan verdiyi xarici dil, imtahan fənlərindən topladığı nisbi ballar, ümumi balı əks olunan yeni səhifə açılır. Bu səhifəyə ixtisas kodlarını daxil etmək üçün nəzərdə tutulmuş 15 boş sahə və hər sahənin qarşısında müvafiq ixtisasın dövlət sifarişi və ya ödənişli əsaslarla olmasını qeyd etmək üçün qeyd sahəsi yerləşdirilib.
- Qəbul olmaq istədiyi 15-dək ixtisasın kodunu istəyinə uyğun ardıcıllıqda müvafiq sahələrə daxil edir. Abituriyent ixtisas koduna daxil etdikdən sonra onun dövlət sifarişi və ya ödənişli əsaslarla olmasını mütləq qeyd etməlidir. Əgər daxil edilmiş ixtisas kodunun qarşısında dövlət sifarişi və ya ödənişli əsaslarla olması barədə qeyd olmazsa, məlumatlar yadda saxlanılmır. İxtisas kodu iki dəfə daxil edilə bilər. Lakin kodların qarşısındakı qeydlər (dövlət sifarişi və ya ödənişli əsaslarla) mütləq fərqli olmalıdırlar. Əks halda bu kodların ikincisi səhv kod kimi qəbul olunacaq və ərizəni təsdiqləmək mümkün olmayacaq.

- İxtisas kodlarını daxil etdikdən sonra “Yadda saxla” düyməsini basır. İxtisas kodu düzgün daxil edilibsə, kodun qarşısında ona uyğun olan təhsil müəssisəsinin və ixtisasın adı, təhsil forması və ixtisasın dövlət hesablı və ya ödənişli olması barədə məlumat proqram tərəfindən göstərilir. Səhv olan ixtisas kodunun qarşısına proqram səhvin mahiyyəti barədə məlumat çıxarır.
- “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni təsdiqləyənədək öz ərizəsinə təkrar müraciət etməklə seçdiyi ixtisasların siyahısında dəyişikliklər apara bilər.
- Seçimini dəqiqləşdirdikdən sonra “Təsdiq et” düyməsini basmaqla elektron ərizəni təsdiqləyir. “Təsdiq et” düyməsi basıldıqda proqram abituriyentə bundan sonra düzəliş aparmağa imkan verilməyəcəyi barədə xəbərdarlıq edir və seçim üçün “Təsdiq” və “İmtina” düymələrindən birini basmağı təklif edir. Abituriyent “İmtina” düyməsini basmaqla təsdiqdən imtina edib elektron ərizədə yenidən düzəliş apara bilər. Əgər abituriyent “Təsdiq” düyməsini basarsa, elektron ərizə təsdiqlənir və bundan sonra elektron ərizədə düzəliş etməyə imkan verilmir.
- “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin surətini çap etmək istədiyi halda “Çap variantı” düyməsindən istifadə edir.
Qeyd edək ki, müsabiqəyə yalnız iyulun 22-dən avqustun 2-dək elektron ixtisas seçimi ərizələrini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

Yazar

Lent.az

Oxunub

5417 dəfə

Tarix

22.07.2011 / 13:28

Xəbər lenti



29 İyul 2014

28 İyul 2014

27 İyul 2014

Online: 667