Müğənni Elnurun toyunda nələr oldu? - EKSKLÜZİV

Dünən Bakının məşhur restoranlarının birində müğənni Elnur Məmmədovun toyu olub.

Gənc sənətçi Pərvin adlı dayısı qızı ilə ailə həyatı qurub. Lent.az-ın məlumatına görə, toy Elnurun zövqünə görə hazırlanıb. Toyda Elnurun atasının əvəzinə əmisi, sabiq millət vəkili Məmməd Məmmədov danışıb.

Mərasimin dizaynı fərqli olub, stollarda xüsusi lələkdən hazırlanan şamdan yerləşdirilib. Nikah kəsiləndən sonra toyun ilk mahnısını Elnur özü oxuyub - “Sevdiyimlə artıq evliyəm”.

Toyda məşhur sənətçilər İlhamə Quliyeva, Aygün Kazımova, Faiq Ağayev, Aygün Bəylər, Namiq Qaraçuxurlu, Könül Kərimova, Ayan, Xatirə İslam da daxil olmaqla demək olar ki bütün sənətçilər iştirak edib. Tünzalə və Nadir Qafarzadə mərasimi mahnı oxumadan tərk edib. Modelyer Fəxriyyə Xələfova və Baba Vəziroğlu da gələn qonaqlar arasında olub.

Toyu tanınmış aparıcılar Kamilə Babayeva və Nəsib Nur idarə edib. Mərasimdə jurnalistlərin iştirak etməməsi üçün xüsusi tədbirlər görülüb. Bundan başqa, Elnurla münaqişədə olan sənətçilərdən biri Elnuru hədələyib və “sənə toy günü sürpriz edəcəyəm” dediyi üçün həmin gün mühafizə tədbirləri görülüb. Tədbirdə çoxlu sayda mühafizəçilər olub.

Toyun maraqlı sürprizlərindən biri də məclisə Şəki halvasının gətirilməsi olub.

Qonaqlara gəlinlə bəyin şəkilləri satılmayıb.

Məclisin ən şux qonağı Nazpəri Dostəliyeva olub, müğənni oxuduqdan sonra xeyli oynayıb, məclisi qızışdırıb. Müğənninin Türkiyədən gələn ən yaxın dostu Günay Musayeva toy hədiyyəsi olaraq gəlinin barmağına brilyant üzük taxıb.

Nəzrin

LENT

22 Mart 2019
21 Mart 2019

Digər xəbərlər >>>